Keçmiş nazir uzun müddətdən sonra üzə çıxdı FOTOLAR

18.04.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Keçmiş rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.
Demokrat.az xəbər verir ki, o, Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə qatılıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Ə.Abbasov da çıxış edib.
Xatırladaq ki, Əli Məhəmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvanda anadan olub. 2004-2015-ci rabitə və informasiya texnologiyaları naziri olub (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).


Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью