Keçmiş nazirə yeni vəzifə verildi FOTO

20.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri olub.

Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb. O, 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. ShopByBro

O, 2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Elxan Nəcəfov 2024–2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri olub.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью