Keçmiş Olimpiya çempionu 40 yaşında karyerasını bərpa edib AZƏRTAC

14.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ-dan olan qadın dağ xizəkçisi Lindsi Vonn karyerasını bərpa edib.

AZƏRTAC xəbər verir ki, o, yenidən bu idman növü ilə məşğul olmaq istədiyini deyib. 40 yaşlı xizəkçi əsas məqsədinin dünya çempionatında iştirak etmək olduğunu bildirib.

İdmançı 2019-cu ilin fevral ayında karyerasını bitirmişdi.

Qeyd edək ki, Lindsi Vonn 2010-cu il dağ xizəyi üzrə Olimpiya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью