Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici ticarətinin üçdə biri MDB ölkələrinin payına düşür Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla MDB ölkələri arasında 6 milyard 930 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çox) dəyərində ticarət əməliyyatları həyata keçirilib.
Məlumata görə, hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları respublikanın ümumi ticarət dövriyyəsinin 31,24 faizi qədər olub.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri Rusiya ilə 4 milyard 799 milyon 819 min ABŞ dolları (1 il əvvələ nisbətən 10,1 faiz çox), Ukrayna ilə 459 milyon 619 min dollar (29,9 faiz çox), Belarusla 506 milyon 171 min dollar (41,9 faiz çox), Qazaxıstanla 470 milyon 442 min dollar (49,7 faiz çox), Özbəkistanla 252 milyon 56 min dollar (40,9 faiz çox), Tacikistanla 7 milyon 93 min dollar (15,8 faiz çox) olub.
Bir ildə Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 2,73 faiz artaraq 1 milyard 698 milyon 415 min dollara yüksəlib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 1 milyard 178 milyon 347 min ABŞ dolları (illik müqayisədə 1,5 faiz az), Ukraynaya 177 milyon 242 min dollar (49,4 faiz çox), Türkmənistana 80 milyon 242 min dollar (6,8 faiz az), Belarusa 48 milyon 486 min dollar (52,4 faiz çox), Qazaxıstana 133 milyon 116 min dollar (35,1 faiz çox), Özbəkistana 40 milyon 340 min dollar (14,3 faiz az), Qırğızıstana 29 milyon 663 min dollar (50 faiz az), Moldovaya 5 milyon 122 min dollar (50 az), Tacikistana 5 milyon 853 min dollar (17 faiz çox) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 6,40 faiz, o cümlədən Rusiya 4,44 faiz, Ukrayna 0,67 faiz, Türkmənistan 0,30 faiz, Belarus 0,18 faiz, Qazaxıstan 0,50 faiz, Özbəkistan 0,15 faiz, Qırğızıstan 0,11 faiz, Moldova 0,02 faiz, Tacikistan 0,02 faiz paya sahib olub.
Ötən il Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 9,7 faiz artaraq 5 milyard 230 milyon 668 min dollara yüksəlib.