Keçmiş Pentaqon rəhbəri Putindən DANIŞDI

22.07.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı mövqeyində tərəddüd etməyib və onun məqsədləri müharibənin başlanğıcından bu günə qədər dəyişməyib. 

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts "Bloomberg-"ə verdiyi müsahibədə bildirib.

Qeytsin sözlərinə görə, Putin uzunmüddətli plan əsasında hərəkət edir və Rusiyanın maraqları naminə Ukrayna üzərində nəzarəti bərpa etməyə çalışır. O vurğulayıb ki, Qərb bu məsələni ciddi qəbul etməli və Rusiya rəhbərliyinin strateji məqsədlərini düzgün qiymətləndirməlidir.

Sabiq nazirin fikrincə, Putin öz mövqeyindən geri çəkilməyəcək və bu səbəbdən də münaqişənin diplomatik yolla həllinin yaxın perspektivdə mümkün olmadığı görünür.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью