Keçmiş pilot parlament sədri seçildi

18.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İsrail parlamentində (Knesset) yeni spikerin seçilməsi ilə bağlı keçirilən səsvermə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, müxalifət blokunun namizədi Matan Kahana səsvermədə hakim koalisiyanın dəstəklədiyi Ofir Katzı geridə qoyaraq Knessetin yeni sədri seçilib.

Yeni sədrin müəyyənləşdirilməsi məqsədilə keçirilən iclas gərgin müzakirələrlə yadda qalıb. Hakim blokla həmrəy olan deputatların sessiyanı təxminən 6 saat uzatmaq cəhdlərindən sonra səsvermə baş tutub. Nəticədə 66 lehinə, 52 əleyhinə səslə qalib gələn Matan Kahana Əmir Ohananı əvəz edərək Knessetin yeni sədri vəzifəsinə gəlib.

Seçki prosesində ərəb partiyalarının mövqeyi də diqqət çəkib. Keçmiş qırıcı pilotu və din xidmətləri naziri olan Matan Kahana bəzi təklifləri rədd edərək müxalifət və ərəb deputatların dəstəyi ilə bu posta layiq görülüb. Səsvermənin nəticəsində ərəb Knesset üzvləri Əhməd Tibi və Vəlid Taha da Knessetin vitse-spikeri postlarına seçiliblər.

Kahananın sədr seçilməsi İsraildə yeni hökumətin formalaşdırılması üzrə danışıqlar fonunda Knessetdə qanunvericilik prosesinə və gündəliyin müəyyənləşdirilməsinə təsir edə biləcək vacib addım kimi qiymətləndirilir.

1972-ci ildə Hayfada anadan olan Matan Kahana hərbi keçmişi ilə də tanınır. O, İsrail ordusunda qırıcı pilotu və xüsusi təyinatlı bölmələrdə xidmət edib, müxtəlif illərdə keçirilən hərbi əməliyyatlarda iştirak edib. 2018-ci ildə polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Kahana daha sonra siyasi fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью