Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya polisinin keçmiş rəhbəri Canni De Gennaro hakim Paolo Borsellinonun mafiya sifarişi ilə qətlə yetirilməsi ilə bağlı aparılan istintaq fonunda Toskanada intihar edib.
Axar.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzetinin məlumatında deyilir.
Cəsəd şənbə günü səhər tapılıb.
Özünü öldürmə həddinə çatdırma şübhəsi ilə bağlı istintaq açılıb, şübhəlilər hələ müəyyən edilməyib.
Qeyd edək ki, Gennaro 1992-ci ildə mafiya sifarişi ilə qətlə yetirilmiş hakim Paolo Borsellinonun işi ilə bağlı yenidən aparılan istintaq çərçivəsində ifadə verməsi planlaşdırılırdı.
İtaliya mediasının məlumatına görə, cəsədin yaxınlığında ailəsinə ünvanlanmış məktub və müdafiəsi üçün nəzərdə tutulmuş ehtimal olunan qeydlər tapılıb.