Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Florida ştatında Kubanın keçmiş rəhbəri, 95 yaşlı Raul Kastro barəsində həbs qərarı verilib.
Modern.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Florida ştatının baş prokuroru Ceyms Utmeyer Kastronun birinci dərəcəli qətl törətmək məqsədilə sui-qəsddə ittiham olunması ilə əlaqədar onun həbsinə order verildiyini açıqlayıb.
Kastronun həbsinə dair qərar 1996-cı ildə iki humanitar təyyarənin vurulması hadisəsində onun mümkün iştirakının araşdırılması ilə bağlıdır.
“Raul Kastro həmin təyyarələrin vurulması barədə əmr verib. O, qətl törədilməsinə çağırış edib. Məhz buna görə bu gün Raul Kastroya ştat səviyyəsində ittiham irəli sürüldüyünü və birinci dərəcəli qətl törətmək məqsədilə ona qarşı həbs orderi verildiyini elan edirik”, – deyə Utmeyer jurnalistlərə bildirib.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi mayın 20-də Kubanın keçmiş prezidenti Raul Kastroya və beş kubalı hərbçiyə qarşı ittiham irəli sürüb. Onlar 1996-cı ildə iki mülki təyyarənin vurulması ilə bağlı hadisə üzrə təqsirləndirilən şəxslərdir.
İttihamlar siyahısına hava gəmisinin məhv edilməsi və qətllə bağlı dörd ayrı maddə daxildir.