Keçmiş Prezident Nelson Mandelanın nəvəsi oğurluğa görə saxlanılıb

09.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Nelson Mandelanın nəvəsi avtomobil oğurluğunda şübhəli bilinərək həbs edilib.

APA xəbər verir ki, bu barədə yerli “SABC News” telekanalı məlumat yayıb.

“Mandelanın nəvəsi də daxil olmaqla, beş şübhəli şəxs avtomobil qaçırmaqda təqsirli bilinərək həbs edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, avtomobil Mandelanın Yohannesburq şəhərindəki keçmiş evində aşkar edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью