Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Kiprin üçüncü prezidenti Georgios Vasiliu 95 yaşında dünyasını dəyişib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Andrulla X sosial şəbəkədə məlumat verib.
Vasiliu 13 yanvar axşamı ağır xəstəliklə iki illik mübarizədən sonra sakit şəkildə vəfat edib. O, ailəsinin əhatəsində, 6 yanvarda hospitala yerləşdirildiyi Nikosiya Mərkəzi Xəstəxanasında ölüb.
Hazırkı, səkkizinci prezident Nikos Xristodulidis keçmiş dövlət başçısının ailəsinə rəsmi başsağlığı verib. Onun sözlərinə görə, Vasiliu adı Kiprin bütün sahələrdə iqtisadi və sosial inkişafının simvoluna çevrilib.
Georgios Vasiliu 1988-1993-cü illərdə Kipri idarə edib. O, 30 may 1931-ci ildə Famagusteda həkim və Kipr Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olan atanın ailəsində anadan olub. Təhsilini Budapeşt və Londonda alıb.
Nuriyyə NATİQQIZI