Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Ekvadorun sabiq prezidenti Lenin Moreno Coca “Codo Sinclair” su elektrik stansiyasının inkişafında bəndin tikintisi zamanı rüşvət almaqda ittiham olunur.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Müstəntiqlərin fikrincə, iddia edilən cinayət Morenonun ölkənin vitse-prezidenti vəzifəsində çalışdığı 2007-2013-cü illər arasında törədilib.
Prokurorluq iddia edir ki, “yüksək rütbəli məmurlar və iş adamları, guya, (Çin şirkəti) “Sinohidro”-nun lehinə sövdələşmə edərək, təzminat kimi rüşvət alıblar”.
V. QULİYEV