Keçmiş prezident silsilə aksiyalara başlayır

16.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Moldovanın keçmiş prezidenti və Sosialistlər Partiyasının lideri İqor Dodon hazırkı hökumətə qarşı silsilə etiraz aksiyalarının başladığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Newmaker” nəşri məlumat yayıb.

Siyasətçi müsahibəsində bildirib ki, ilk aksiya şənbə günü, fevralın 22-də prezident administrasiyası binası yaxınlığında planlaşdırılıb.

Dodon qeyd edib ki, etiraz aksiyaları siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlar üçün açıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью