Icma.az bildirir, Reyting.az portalına istinadən.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun həyat yoldaşı Marina Poroşenko birgə əmlakın bölünməsi üçün məhkəməyə müraciət edib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediası məhkəmə materiallarına istinadla yazıb.
Marina Poroşenko məhkəməyə 2025-ci il martın 27-də müraciət edib, işə baxılması aprelin 29-na təyin edilib.
2025-ci ilin fevralında prezident Vladimir Zelenski Pyotr Poroşenkoya qarşı daimi sanksiyalar tətbiq edib. Bunlar aktivlərin bloklanması, ticarət əməliyyatlarının qadağan edilməsi, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, kapitalın ölkədən çıxarılmasının mümkünsüzlüyü və dövlət mükafatlarından məhrum edilməsidir. Ona qarşı bir sıra cinayət işi açılıb.
Ukrayna mediası istisna etmir ki, həyat yoldaşı ilə əmlak bölgüsü eks-prezidentin müsadirə və ya digər məhdudiyyətlərdən yayınması üçün bir vasitə ola bilər.
V. QULİYEV