Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının 4-cü həftəsində “Seltik” Qlazqoda “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, Şotlandiya klubunun qələbəsində əsas rolu “Qarabağ”ın keçmiş hücumçusu Kamilo Duran oynayıb.
24 yaşlı kolumbiyalı forvard matçda dubl edərək, o cümlədən 87-ci dəqiqədə qələbə qolunu vuraraq türklərin xal ümidini puç edib.
Qeyd edək ki, 2025-ci ilin yayında “Qarabağ”a transfer olunan Duran Ağdam klubunun heyətində parlaq mövsüm keçirib. Çempionlar Liqasında “Benfika” (3:2) və “Ayntraxt Frankfurt” (3:2) ilə matçlarda qollara imza atan hücumçu Azərbaycandakı tək mövsümünü 5-i ÇL-də olmaqla, 15 qolla tamamlayıb.
Bu parlaq çıxışdan sonra 2026-cı ilin iyulunda Şotlandiya klubu onu “Qarabağ”dan təxminən 6 milyon funt-sterlinqə transfer edib və 5 illik müqavilə bağlayıb. Bununla Duran “Seltik” tarixinin ilk kolumbiyalı futbolçusu olub.