Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi FOTOlar

15.11.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Elçin Cəfərov keçmiş qayınanası və qayınatası ilə Türkiyədə bir araya gəlib.

Milli.Az xəbər verir ki,müğənni Türkiyədə sərgidə olub. O, burada keçmiş qayınanası -millət vəkili Tənzilə Rüstəmxanlı və qayınatası-Xalq şairi Sabir Rüstəmxanlı ilə görüşüb.

Elçin sərgidən fotoları öz sosial şəbəkə hesabında yayımlayıb

Qeyd edək ki, Elçin Sabir və Tənzilə Rüstəmxanlının qızı Aydanla ailə qurub. Bir müddət əvvəl sənətçi rəsmi boşandıqlarını açıqlayıb. Onların barışma xəbəri yayılsa da, ifaçı bunu təsdiqləməyib. 

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью