Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi KONKRET

15.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Müğənni Elçin Cəfərov keçmiş qayınanası və qayınatası ilə Türkiyədə bir araya gəlib.

KONKRET.az xəbər verir ki,müğənni Türkiyədə sərgidə olub. O, burada keçmiş qayınanası -millət vəkili Tənzilə Rüstəmxanlı və qayınatası-Xalq şairi Sabir Rüstəmxanlı ilə görüşüb.

Elçin sərgidən fotoları öz sosial şəbəkə hesabında yayımlayıb

Qeyd edək ki, Elçin Sabir və Tənzilə Rüstəmxanlının qızı Aydanla ailə qurub. Bir müddət əvvəl sənətçi rəsmi boşandıqlarını açıqlayıb. Onların barışma xəbəri yayılsa da, ifaçı bunu təsdiqləməyib. /milliaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью