Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın Zaqambar kəndində müğənni Azodanın döyülməsi ilə bağlı yeni detallar açıqlanıb. Hadisə avqustun 31-də baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə müğənninin nümayəndəsi "StarHit"-ə danışıb.
Məlumata görə, Azoda toyda çıxış etmək üçün dəvət edilib, lakin keçmiş qayınatası ilə qarşılaşması gözlənilməz olub.
Eks gəlin-qayınata beş ildən çoxdur ki ünsiyyətdə deyillərmiş. Müğənni nə keçmiş ailəsi ilə əlaqə saxlayıb, nə də aliment alıb.
"Azoda özü də bilmir, səbəb nədir. Onlar uzun müddətdir görüşmürdülər. O, niyə birdən-birə onu döymək qərarına gəldi?
Biz də anlamırıq", - deyə müğənninin köməkçisi bildirib. Hadisədən dərhal sonra Azoda polisə müraciət edib, lakin hüquq-mühafizə orqanlarını
Bundan sonra o, vəkilə üz tutaraq məsələni sosial şəbəkələrdə ictimailəşdirib.