Keçmiş qondarma rejim “başsız” qaldı “Bəyanat” olacaq

09.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Keçmiş qondarma rejimin sabiq “prezidenti” Samvel Şahramanyan “hərbi texnikanın düşmənə verilməsi” və “müharibə zamanı səhlənkarlıq”la bağlı cinayət işi çərçivəsində dindirilir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri onun vəkili Roman Yeritsyan deyib.

Vəkilin sözlərinə görə, Şahramanyan hazırda yalnız şahid statusuna malikdir və ona qarşı rəsmi ittiham irəli sürülməyib.

R.Yeritsyan həmçinin bildirib ki, Samvel Şahramanyanın “prezident” səlahiyyətləri başa çatıb və qondarma rejimin “ informasiya qərargahı” yaxın günlərdə bu mövzuda müvafiq bəyanat verəcək.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью