Keçmiş rəis həbs olundu FOTO

26.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İttihama görə, vəzifəli şəxs xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən Agentlik tanınıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью