Keçmiş rektor vəfat etdi

21.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru Mahmud Quluzadə vəfat edib.

"Unikal" xəbər verir ki, professor 86 yaşında dünyasını dəyişib.

O, 1992 - 1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik edib.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb.

Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyirdi.

2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью