Keçmiş şahzadə hər şeyi itirdi

02.12.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az “The Gazette” nəşrinə istinadən xəbər verir ki, Endryu 23 aprel 2006-cı il tarixindən Ən Nəcib Cəngavərlik Ordeninin şəriki və 19 Fevral 2011-ci ildən Kral Viktorian Ordeninin Cəngavəri idi. Onun adı hər iki ordenin reyestrindən silinəcək.
“Söhbət şahzadə Endryu Mauntbetten-Vindzorun sahib olduğu son iki kral titulundan gedir. Payızda o, “Şahzadə” titulundan məhrum edilib və həmçinin “Kral Əlahəzrətləri” rəsmi müraciətindən və titulundan istifadə etmək hüququnu itirib”, - “The Telegraph” nəşri yazır.
Britaniya kralı qardaşını titul və hüquqlardan məhrum edib Xatırladaq ki, Böyük Britaniya kralının qardaşı Endryu investisiya bankiri Ceffri Epşteynə işləyən Virciniya Guffre ilə əlaqələri barədə açıqlanan münasibətinə görə titullarından məhrum edilib və Vindzor iqamətgahından qovulub.
Virciniya Guffre xatirələrində ilk dəfə 17 yaşında şahzadə Endryu ilə üç dəfə cinsi əlaqədə olduğunu bildirib. Endryu insan alverində günahlandırılan və məhkəməsi başlamazdan əvvəl intihar edən maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı bütün iddiaları rədd edir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью