Keçmiş səfir metroda görüntülənib FOTO

15.11.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın ABŞ-dəkı keçmiş səfiri Anatoli Antonov Moskva metrosunda görüntülənib.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"O, istefa verib və Rusiya Federasiyasına qayıdıb", - jurnalistlər qeyd ediblər.

KİV diplomatın metroda səfəri zamanı çəkilmiş fotoşəkili yayımlayıb.  

Antonov 2017-ci ilin avqustunda Rusiya Federasiyasının ABŞ-dəki diplomatik nümayəndəliyinə rəhbərlik edib. Bu il oktyabrın 5-də diplomat Moskvanın Vaşinqtondakı səfiri kimi işini başa vurub və ertəsi gün Rusiya paytaxtına qayıdıb.

(unikal)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью