Keçmiş sevgililərindən mahnı ilə qisas alan 5 məşhur müğənni

23.10.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uğursuz sevgi münasibətləri və ayrılıqlar bəzən sənətçilər üçün ən böyük ilham mənbəyinə çevrilir. Dünyaca məşhur müğənnilər arasında şəxsi həyatlarında yaşadıqları xəyanəti, məyusluğu və ayrılıq ağrısını mahnılara köçürənlər az deyil. Bəziləri isə keçmiş sevgililərinə musiqi vasitəsilə sərt mesajlar göndərib.

Lent.az xarici mediaya istinadən ayrılıq hekayələrini dünya hitlərinə çevirən beş məşhur müğənnini təqdim edir.

Teylor Svift

2021-ci ildə müğənni “All Too Well” (“Hər şeyi çox yaxşı xatırlayıram”) mahnısının 10 dəqiqəlik versiyasını yayıb.

Pərəstişkarların fikrincə, mahnı onun keçmiş sevgilisi, aktyor Ceyk Cillenhol ilə münasibətlərindən bəhs edir. Mahnının sözlərində ayrılığın yaratdığı ağrı və emosional sarsıntılar əks olunub.

Adel

Müğənninin məşhur “Someone Like You” (“Sənin kimi biri”) mahnısı evlənməyi planlaşdırdığı sevgilisindən ayrıldıqdan sonra yaranıb.

Bu mahnı Adelə dünya şöhrəti qazandırmaqla yanaşı, ayrılıq yaşayan milyonlarla insanın sevimli mahnısına çevrilib.

Oliviya Rodriqo

Gənc müğənninin “Drivers License” (“Sürücülük vəsiqəsi”) mahnısı yayımlandıqdan qısa müddət sonra musiqi çartlarını fəth edib.

Pərəstişkarlar mahnının Oliviyanın serial çəkilişlərində tərəf müqabili olmuş Coşua Bassettlə münasibətlərinə həsr edildiyini düşünürlər.

Mayli Sayrus

“Flowers” (“Çiçəklər”) mahnısının yayımlandığı tarix də təsadüfi görünməyib. Bəstə müğənninin keçmiş həyat yoldaşı Liam Hemsvortun doğum günündə işıq üzü görüb.

Uzun və mürəkkəb münasibətlər yaşayan cütlüyün ayrılığı mahnının məzmunu ilə əlaqələndirilib. Mahnı özünü sevmək və ayrılıqdan sonra yenidən güclənmək mesajı ilə məşhurlaşıb.

Şakira

Kolumbiyalı müğənni Şakira futbolçu Jerar Pike ilə qalmaqallı ayrılığından sonra “BZRP Music Sessions #53” (“BZRP musiqi sessiyası №53”) mahnısını təqdim edib.

Mahnıdakı sərt ifadələr və eyhamlar birbaşa keçmiş sevgilisinə ünvanlanan mesajlar kimi qiymətləndirilib. Bəstə qısa müddətdə böyük populyarlıq qazanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью