Keçmiş sevgilisi Danla Bilicin üzünü bu hala saldı Bölmədəyəm FOTO | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"YouTube"da çəkdiyi videolarla məşhurlaşan və sosial mediada geniş izləyici kütləsi toplayan Danla Bilic şəxsi həyatı ilə bağlı gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Danla Bilic keçmiş sevgilisi Berk Çetin tərəfindən döyüldüyünü açıqlayaraq sosial media hesabında üzünün halını paylaşıb.
Bu paylaşım geniş əks-səda doğurub. O, yanvar ayında ayrıldığı Berk Çetinlə bağlı yaşadığı travmatik hadisələri izləyiciləri ilə bölüşüb.
Bilic son paylaşımında Çetinin onu həm döydüyünü, həm də təqib etdiyini bildirib, hadisə ilə bağlı tibbi arayış aldığını, hüquqi prosesin başladıldığını və təhlükəsizliyinin təmin olunmasını gözlədiyini yazıb.
Sosial mediada "polis idarəsindəyəm" sözləri ilə paylaşım edən influenser aylardır səssiz qaldığını, lakin zorakılığın artması səbəbilə artıq səbrinin tükəndiyini bildirib.
Berk Çetin isə vəkili vasitəsilə yayımladığı açıqlamada barəsində irəli sürülən ittihamları rədd edib.
Açıqlamada "Müvəkkil Berk Çetin haqqında sosial mediada və bəzi xəbər saytlarında yayılan iddialar həqiqəti əks etdirmir.
Tam oxu
Xəbəri oxu