Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Keçmiş "Eyüpspor" prezidenti Murat Özkaya futbolda qanunsuz mərc və oyun alveri ilə bağlı istintaq çərçivəsində 6 ay həbsdə qaldıqdan sonra ötən may ayında ev dustaqlığı şəklində məhkəmə nəzarəti tədbiri tətbiq edilərək azadlığa buraxılmışdı.
Demokrat.az xəbər verir ki, Murat Özkaya ilə avtomobil şirkətində yüksək vəzifəli rəhbər kimi çalışan Müge Ç. bir neçə il əvvəl müəyyən müddət münasibətdə olduqdan sonra 2025-ci ildə ayrılıblar.
İddiaya görə, ayrılığı qəbul edə bilməyən Murat Özkaya keçmiş sevgilisinin həyatına yenidən daxil olmaq üçün aylar ərzində israrlı davranışlar nümayiş etdirib. Azadlığa buraxıldıqdan dərhal sonra Müge Ç.-nin rahatlığını pozan sistemli hərəkətlər edən Özkaya telefon nömrəsindən bloklanmasına baxmayaraq onunla israrla əlaqə saxlamağa davam edib.
Müge Ç. Murat Özkayanın onu evlənməyə məcbur etdiyini və qorxuducu davranışlar göstərdiyini iddia edərək İstanbul Ailə Məhkəməsinə müraciət edib və mühafizə tələb edib.
Məhkəmə tələbi əsaslı hesab edərək Murat Özkayanın 3 ay müddətində keçmiş sevgilisi Müge Ç.-dən uzaq durmasına qərar verib.
Qərardan şikayət edən Murat Özkaya isə irəli sürülən iddiaları rədd edib. O, iddiaların mücərrəd olduğunu və nüfuzuna xələl gətirilməyə çalışıldığını bildirib. Lakin məhkəmə Özkayanın etirazını rədd edib.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Murat Özkaya ilə avtomobil şirkətində yüksək vəzifəli rəhbər kimi çalışan Müge Ç. bir neçə il əvvəl müəyyən müddət münasibətdə olduqdan sonra 2025-ci ildə ayrılıblar.