Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Suriya ən qazanclı biz deyil, İsrail çıxdı, İranı məhv elədi, Dəməşqə qədər gəldi, gəmilərini, təyyarələrini, silah depolarına od vurdu" Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin keçmiş spikeri Bülent Arınç Ekol TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə insanlar normal həyatlarına qayıtmağa çalışırlar: "Bununla belə, Suriyada gözlənilməz proseslər o qədər sürətlə gedir ki...
Baxın, İsrail gözlənilmədən Dəməşqə qədər gəlib və uzun müddət işğal altında olan Colan təpələrinin tamamını və su ehtiyatlarını ələ keçirib.
Üstəlik, Suriyanın demək olar bütün gəmilərini, təyyarələrini bombaladı. Hələ də Suriyada istədiyini edir. Vur ki, vurur, tut ki, tutur.
Bəli, orada baş verənlərdən ən çox faydalanan İsraildir. Qəzzanı, Livanı viran qoyub, İranı məhv elədi, indi də Suriyanı pərişan edir.
Rusiya zatən Ukrayna ilə müharibəyə görə başını qaldıra bilmir. Bu das onlara daha rahat davranmaq imkanı yaradıb...".
Arınç qeyd edib ki, Ərdoğan Suriyaya mütləq nüfuz edə biləcək birini göndərməlidir: "Türkiyə nəyin bahasına olursa olsun, mütləq orada masa arxasında olmalı, Suriyadakı bu yeni strukturlaşmada aparıcı rol oynamalıdır.