Keçmiş SSRİdə təhsil aldı: Ölkəsində ilk qadın prezident seçildi

04.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 27-də keçirilən prezident seçkilərində Namibiyanın vitse-prezidenti və hakim partiya olan SVAPO - Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatının namizədi Netumbo Nandi-Ndaitva qalib gəlib.

Xarici KİV xəbər verir ki, bu barədə seçki komissiyası təqdim edilmiş bütün bülletenləri emal etdikdən sonra məlumat yayıb.

Seçki komissiyasının məlumatlarında qeyd edilib ki, Nandi-Ndaitwa 57% səs toplayıb.

O, ölkəsində ilk qadın prezident olub. Namibiyanı əvvəllər heç vaxt qadın idarə etməyib.

Prezident seçkilərində 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün onlardan birinin 50+1% səs toplaması lazım idi.

72 yaşlı Nandi-Ndaitva Afrikanın ən təcrübəli siyasətçilərindən biridir. SSRİ-də təhsil alıb və “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə Nandi-Ndaitva müxtəlif dövlət vəzifələrində çalışıb və eyni zamanda parlament üzvü olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью