Статья не опубликована
Keçmiş suriyalı diplomat silahlı hücumda həlak olub | Icma.az

Keçmiş suriyalı diplomat silahlı hücumda həlak olub

12.03.2025

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yerli mənbələrdən əldə edilən məlumata görə, 2013-cü ildə devrilmiş Baas rejimini tərk edərək müxalifətə keçən keçmiş suriyalı diplomat Nurəddin İbrahim əl-Lebad doğulduğu Sanamayn şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Lebad naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.

Baas rejimi dövründə Xarici İşlər Nazirliyində “Danışıqlar Naziri” olan Lebad Suriyanın Səna, Bağdad, Ankara, Paris və Tripolidəki səfirliyində, həmçinin Benqazidəki konsulluqda çalışıb.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью