Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Siti"nin və İspaniya milli komandasının əfsanəvi keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbolçu karyerasını bərpa etmək qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, 3 illik fasilədən sonra yaşıl meydanlara dönən təcrübəli pleymeyker Honq Konq Premyer Liqasının təmsilçisi "Supreme Sha Tin" klubu ilə müqavilə bağlayıb.
İspaniyalı ulduzun Asiya təmsilçisi ilə qısamüddətli müqavilə imzaladığı bildirilir. Futbol dünyasında böyük maraqla qarşılanan bu kəskin dönüş, veteran yarımmüdafiəçinin karyerasının son akkordlarını Honq Konq çempionatında vuracağını göstərir. pizza mizza