Keçmiş vəkil Elman Paşayev yeni dələduzluq işində ittiham olunub

13.01.2025

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş vəkil Elman Paşayev yeni dələduzluq işində ittiham olunub

Keçmiş vəkil Elman Paşayev ikinci dələduzluq epizodu üzrə ittiham olunub.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizonu Hərbi Məhkəməsinin hakiminin elan etdiyi cinayət işinin materiallarında deyilir.
“Sizə qarşı iş açılıb, siz şübhəlisiniz,” – hakim bildirib. İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasına gələ bilməyən Zaxarova adlı şəxsdir.
Paşayevin müdafiəsi “TASS”-a bildirib ki, o, heç bir epizod üzrə təqsirini boynuna almır. Hərbi məhkəmə iclası bağlı qapılar arxasında keçirəcək.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью