Keçmiş vəzifəsinə qayıda bilər

28.06.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Miliband yenidən xarici işlər naziri vəzifəsinə qayıda bilər.

Bu barədə ölkənin “The Observer” qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, Endi Bernem öz administrasiyasında Milibendə yüksək vəzifə vermək variantını fəal şəkildə nəzərdən keçirir:

“Variantlardan biri Milibendi Lordlar Palatasında yer verməklə xarici işlər naziri təyin etməkdir. Bu, vaxtilə Rişi Sunakın Devid Kemeronu nazir təyin edərkən istifadə etdiyi modelə tam uyğundur”.

Qəzet qeyd edir ki, hələlik yekun qərar verilməsə də, Bernem xarici işlər naziri postunda beynəlxalq nüfuza malik bir şəxsi görmək istəyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью