Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib.
“Fikrimcə, yaxşıdır. Fizioterapiya davam edir. Həyatımda gördüyüm və tanıdığım ən əzmkar, mübariz insanlardan biridir. Çox güclü xarakterə sahibdir. Çox əzmkar şəkildə fizioterapiyasını davam etdirir. Səhhəti əvvəlki kimidir. İnşallah, daha da yaxşı olacaq” deyə, Ayşegül Yıldız bildirib.
Qeyd edək ki, 74 yaşlı İbrahim Tatlıses bir müddət əvvəl səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib. Sənətçi öd kisəsindən əməliyyat olunub və daha sonra reabilitasiya prosesinə başlayıb.