Keçmiş XİN başçısı: Ermənilərin bir dənə də olsun mənbəsi yoxdur

21.09.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, məşhur fransız səyyahı Jan Şarden də Azərbaycanın Assuriya torpağından yaranmış dövlət olduğunu yazıb:

“Bu səbəbdən onun yaranma tarixi eramızdan əvvəl IV-cü deyil, VII əsr hesab edilməlidir.

O ki qaldı, Albaniyanın yaranma tarixi, onun e.ə. IV əsrdə yaranması haqqında mənbələrdə heç bir məlumat yoxdur.

Elmdə iki ifadə var: mənbə və tədqiqat. Ermənilər bizə qarşı hər hansı fikir səsləndirəndə bir dənə də olsun mənbə göstərmirlər, yalnız iddialar irəli sürürlər. Tədqiqatlar göstərirlər. Onun arxasında mənbə yoxdursa, bunu əsas götürmək olmaz”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью