Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Feyruz Muradovun "Keçmişinin buxovunda qalmış adam" hekayəsini təqdim edir. Zaman ötür. Həyat və insanlar dəyişir.
Həyat bir yerdə dayanıb qala bilməz. Həyat insanlar arasındakı münasibətləri də dəyişdirir.
Az adamlar bu dəyişiklikləri görüb, anlamağı bacarır. Əksəriyyət heç nə olmayıbmış kimi yaşamaqlarına davam edirlər.
Rayon qəzetində jurnalist işləyən Ağakişi də belə adamlardan biri idi. O,belə məsələlər üzərində düşünməkdən çox uzaq adam idi.
Əksəriyyətə qoşulub getmək və başqalarından çox da fərqlənməmək ideyasının tərəfdarlarından biri idi.
Çünkü belədə yaşamağın daha asan olacağını zənn edirdi. O uzun illər idi ki,yerli qəzetdə jurnalist işləyirdi.İşə qəbul olunduğu illər SSSR-
İxtisaslı jurnalist kadrları isə rayonda yox idi. Odur ki, Ağakişinin bəxti gətirdi.Həmin il jurnalistika fakultəsinə qəbul oluna bilməsə də