“Keçmişin sədası” adlı sərgi açılıb

09.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında “Keçmişin sədası” adlı sərginin açılış mərasimi olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgi Elmi ekspozisiyanın təşkili şöbəsinin nəzdində fəaliyyət göstərən Arxeoloji dərnək tərəfindən təşkil olunub.

“Keçmişin sədası” layihəsinin əsas məqsədi tarix, arxeologiya və təsviri incəsənət arasında yaradıcı əlaqə qurmaq, Azərbaycanın maddi və mənəvi irsinin müasir incəsənət vasitəsilə təbliğinə töhfə vermək, eyni zamanda, gənc rəssamların yaradıcılıq imkanlarının geniş ictimaiyyətə təqdim olunmasına şərait yaratmaqdır. Sərgidə Azərbaycan tarixinin müxtəlif dövrlərindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornament və xalçaçılıq ənənələrindən ilhamlanan rəngkarlıq, xalçaçılıq, bədii toxuculuq, keramika və dekorativ-tətbiqi sənətin digər istiqamətlərinə aid əsərlər nümayiş etdirilir.

Layihə Arxeoloji dərnəyin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən üzvlərinin, Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin əməkdaşlarının və layihədə iştirak edən gənc yaradıcıların birgə fəaliyyətinin nəticəsi olaraq ərsəyə gəlib.

Sərgi sentyabrın 11-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью