“Kədərimi bölüşürəm” İtaliya Prezidenti

28.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

“Ölkə.az” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью