Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Aktrisa Məlahət Abbasova türkiyəli aktyor Serhat Mustafa Kılıçın vəfatı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa onunla eyni səhnəni bölüşdüklərini xatırlayaraq, üzüntüsünü bu sözlərlə çatdırıb:
“Sözlər kədərimizi ifadə etmək üçün o qədər də yetərli deyil. Biz dostumuzu, türk teatrının gənc yaşda aktyorunu itirdik. Yaxşı ki, səni yaxından tanımışam, səninlə "İntiharın ümumi provası" tamaşasında çalışmışam. Həyatımda gördüyüm ən gözəl və gülməli insanlardan biri idin.
Hər zaman istifadə etdiyim və sənin də hər görəndə "Anan səni yəqin bu sırğalarla dünyaya gətirib" deyə zarafat etdiyin, mənim də inadla taxdığım sırğalarımı bundan sonra necə istifadə edəcəyəm?
Deyirdin Bakıya gedək... Gedə bilmədik. Çox üzgünəm. Məkanın cənnət, qəbrin nurla dolsun. Allah sənə rəhmət eləsin, canım dostum. Sən hər zaman qəlbimizdə yaşayacaqsan. Səndən bizə bir dünyalıq xatirə qaldı, gözəl insan. Bütün sənət dünyasının başı sağ olsun. Ailənə başsağlığı və səbr diləyirəm”.
Qeyd edək ki, Serhat evində sevgilisi tərəfindən ölü tapılıb.