Kəhər birtəhər

31.07.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Dünən “Şelburn”la cavab oyunu “Qarabağ” üçün iki yöndən əlamətdar oldu:

– Cavab qarşılaşmasında da qələbə qazanan (1:0) “atlılar” üçüncü mərhələyə yüksəlib

– İlk dəfə klubun maskotu – “Kəhər” təqdim olunub

Ayağı düşərli olsa da” Kəhər” haqda fikirlər birmənalı deyil. Əsasən, zövq baxımından yanaşmalar edilir və buna görə də rəylər subyektiv alınır.

İki məqamı qabartmaq sırf peşəkarlıq baxımından lazımlı görünür. Birinci, maskotun adıdır. “Kəhər” qlobala çıxmış “Qarabağ” üçün uğurlu ad sayıla bilməz. Ümumiyyətlə, klubun əsas ləqəbi olan “Köhlən atlar” da bu anlamda məhəlli mahiyyətlidir. Əvvəla adda “ə” hərfinin olması uğursuz yanaşmadır, həmçinin “google translate” “köhlən”in tərcüməsini “bilmir”…

Elə “Kəhər” də tərcüməyə “yatmır”.

Maskotun dizaynı/vizyonu barədə müzakirə açmaqdan daha əhəmiyyətli digər məsələ isə tayminqdədir.

Sual yarana bilər: təxminən elə yarandığı vaxtdan loqosunda at təsviri olan, ləqəbləri də bu tematikaya uyğunlaşdırılan “Qarabağ” maskotunu niyə indi təqdim edir?

Gecikmə aşkar sezilir.

Hər halda, gecikməylə olsa da, təqdimat var. Digər klublarımızla müqayisədə önə keçilib…

Təkmilləşdirmə işləri aparılsa, maskot imic baxımından “öz işini” daha miqyaslı görə bilər.

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью