Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Süni intellektin yayılması əvvəlki texnologiyalarla müqayisədə daha sürətlə baş verir və bu texnologiyanın inkişafı əmək bazarında böyük dəyişikliklərə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Li II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ChatGPT və yeni nəsil süni intellekt modellərinin geniş istifadə olunması texnologiyanın yayılma sürətinin əvvəlki dövrlərdən fərqli olduğunu göstərir.
Kei-Fu Li bildirib ki, hazırda süni intellekt modellərinin öyrədilməsində süni intellektin özünün rolu getdikcə artır. Onun sözlərinə görə, modellərin təlim prosesində insan əməyinin payı təxminən 20 faiz, süni intellektin payı isə 80 faiz təşkil edir.
O qeyd edib ki, süni intellekt artıq proqram təminatı mühəndislərindən daha yaxşı nəticələr göstərməyə başlayıb. Bu prosesin hüquq, vergi və mühasibatlıq kimi sahələrə də təsir göstərə biləcəyi bildirilib:
“Biz süni intellektin insan əməyinin böyük hissəsini yerinə yetirəcəyi ən böyük inqilabla üz-üzəyik”, – deyə Kei-Fu Li fikrini yekulaşdırıb.
Zeynəb Rzayeva