Kəkələmə problemi anadan gəlir, yoxsa sonradan qazanılır? AÇIQLAMA

12.11.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Bütün nitq qüsurlarına təsir edən amillərdən biri baş beyindəki aktivlikdir. Bu aktivliyin nəticəsində uşaqda qıcolmalar ola bilər, beyin həddindən artıq həssasdırsa, bu kəkələməyə səbəb ola bilər və uşaq risk qrupuna düşür. Genetiklər sübut ediblər ki, kəkələmə keçici ola bilər. Amma burada unutmamalıyıq ki, onlar kəkələmənin birbaşa keçdiyini demirlər. Daha çox vurğulayırlar ki, mərkəzi sinir sistemi zəif olarsa və ya mərkəzi sinir sistemində aktivlik varsa, bu kəkələmə üçün risk qrupu yaradır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova vurğuladı.

Onun sözlərinə görə, əgər ailədə kimsə kəkələyirsə, uşaqda da bu problem ortaya çıxa bilər:

"Həmçinin təqlid yolu ilə də kəkələmə inkişaf edə bilər, əgər mərkəzi sinir sistemi zəifdirsə, uşaq bunu təqlid edərək götürə bilər. Ümumiyyətlə, kəkələmə tamamilə anadan gəlmədir demək düzgün deyil. Nitq qüsurlarının hamısı sinir sisteminin sağlamlığı ilə sıx bağlıdır: nə qədər sinir sistemi sağlamdırsa, o qədər nitq qüsuru problemi olmur; nə qədər sinir sistemi zəifdirsə, nitq qüsuru daha çox müşahidə edilir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью