“Kəlağayı bayramı” keçiriləcək

21.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 24-də Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı bayramı” keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan “Kəlağayı bayramı" milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliği məqsədi daşıyır.

Tədbirdən əvvəl foyedə qədim və müasir kəlağayılardan, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcək.

Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью