Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Azərbaycan Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Prezidenti cənab İl
Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, bu nailiyyətə nail olmaq birinci növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti və döyüşlərin mərkəzdən idarə etməsinin sərkərdə məharətinin göstəricisidir: "Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində atəşsiz və itkisiz Kəlbəcər rayonunun azad edilməsi çox böyük strateji əhəmiyyətə malikdir.
Əgər hal-hazırda olan hava şəraiti nəzərə alınsa, Kəlbəcər rayonu dağlıq, meşəlik ərazi kimi xüsusi şəraitli ərazi olaraq Azərbaycan ordusunu nə qədər ağır döyüşlərin gözləyəcəyini düşünmək olar.
Hər bir döyüş, hər bir addım itkisiz olmur, Kəlbəcər rayonunun da ərazi baxımından və gözlənilən döyüşlərin nəticəsində ola biləcək itkilər haqqında düşünəndə hər şeydən qiymətli olan Azərbaycan ordusunun Prezidentin apardığı siyasət nəticəsində Kəlbəcər rayonunun itkisiz azad edilməsi xüsusi qeyd olunur.
Kəlbəcər rayonu ərazi baxımından Ermənistanla ən böyük quru sərhədi olan rayondur. Sərhədlər dağlıq ərazidən keçir.
Hal-hazırda Azərbaycan ordusunun bölmələri sərhəddə öz xidmətini çətin hava şəraitinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün Kəlbəcər rayonuna aid olan hissəsində aparırlar.
Azərbaycan dövləti Kəlbəcər rayonunda infrastrukturun bərpa edilməsində aktiv işlər aparır.