Kəlbəcər sakini bıçaqlandı

22.03.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə 31 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Yeni qəsəbədə müvəqqəti məskunlaşmış Kəlbəcər sakinlərinin yaşadığı ərazidə baş verib. Belə ki, Kəlbəcər rayon sakini 1994-cü il təvəllüdlü V.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 31 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью