Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

12.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kəlbəcər, 12 sentyabr, AZƏRTAC

Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və onun tikintisinə gələn il başlanılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, şəhərdə inzibati binanın da layihələndirilməsi nəzərdə tutulub.

Bəşir Hacıyev qeyd edib ki, Kəlbəcərdə bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilir və yeni layihələrin icrası zamanı texniki məsələlərə xüsusi diqqət yetirilir.

Xüsusi nümayəndə əlavə edib ki, Kəlbəcər sakinlərinin şəhərə mərhələli qayıdışı da davam edir. Hazırda şəhərdə 162 ailə məskunlaşıb.

Müxbir - Pərvanə Qafarova, Gülay Nəzərova

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью