Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kəlbəcər, 9 noyabr, AZƏRTAC
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb. Gecə saatlarında başlayan qar şəhəri ağ örpəyə bürüyüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 8-dən 9-na keçən gecə yağan qarın hündürlüyü 10 santimetri ötüb.
Səhər yuxudan oyanan sakinlər şəhərin ağappaq mənzərəsi ilə qarşılaşıblar. Qışın ilk nəfəsi dağlarla əhatə olunmuş Kəlbəcərə xüsusi gözəllik qatıb.
Müxbir – Tahir Ağaməmmədov