Kəlbəcərdə 2,5 milyon nəyə xərclənəcək?

13.06.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Kəlbəcər rayonunda yaşayış məntəqələrinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Kəlbəcər” yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilişi üçün 2 564 187 manat vəsait ayrılıb.

Tender “Azərişıq” ASC ilə “Smart Energy Services” MMC arasında bağlanıb. Məlumata görə, “Smart Energy Services” MMC uzun illərdir “Azərişıq” ASC-nin iri tenderlərini qazanaraq elektrik infrastrukturu sahəsində bir sıra layihələri həyata keçirir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью