Kəlbəcərdə 3 ton çətənə kolu yandırıldı

15.07.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.

Modern.az-ın məlumatına görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью