Kəlbəcərdə 60 şagird təhsil alır RƏSMİ

25.11.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köç prosesi davam edir. Köçün davam etməsi, bərpa-quruculuq işlərinin aparılması fonunda bölgədə təhsil müəssisələrinin vəziyyəti də diqqət mərkəzindədir.

Modern.az Kəlbəcərdə fəaliyyət göstərən təhsil müəssisələrinin və təhsilalanların sayını öyrənmək üçün Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Kəlbəcərdə hazırda 1 məktəb - Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəb fəaliyyət göstərir.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə 60 şagird təhsil alır.

Qeyd edilib ki, bu gün Kəlbəcər Şəhəri Günü qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью