Kəlbəcərdə ağır qəza Ölən var

22.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarəetidi "Niva" markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Qəzada zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib. Hər iki şəxs tikinti şirkətinin işciləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью