Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu | Icma.…
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə proses başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 1-i səhər saat 5 radələrində baş verib.
1982-ci il təvəllüdlü Ramin həmin gün gecə saat 4 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub.
O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21099” markalı avtomobil ilə təmir işləri aparılan Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olarkən yuxuladığı üçün avtomobilin idarəetməsini itirib, avtomobil əks hərəkət zolağına keçərək, yol kənarında olan dəmir naqillərdən hörülmüş maneəni keçərək ərazidə olan beton istinad divarına dəyib.
Avtomobilin aşması nəticəsində - sərnişinlər 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstintaq araşdırması zamanı avtomobilin sürücüsünün barəsində cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Tam oxu
Xəbəri oxu